Hakan Şükür Fəthullah Gülənlə münasibətlərinə aydınlıq gətirdi

“O, dünyada Türkiyəni və türk dilini lazımi qədər təbliğ edir”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili, məşhur futbolçu Hakan Şükür "dünənin futbolçusu, bu günün siyasetçisi'' rubrikası altında Türkiyə mətbuatına müsahibəsində nikah şahidi olmuş, nurçu Fəthullah Gülənlə münasibətlərinə aydınlıq gətirib.

“İnsanın fəaliyyəti zamanı yaşadıqları, baxışları onu hörmətli və sevgi dolu hala gətirir. O, dünyada Türkiyəni və türk dilini lazımi qədər təbliğ edir. Belə bir dövrdə, ehtiyac duyduğumuz anlarda Fətullah Gülən kimi avantajımız var. Respublika tarixi boyunca çox əhəmiyyətli dəyərlər olub, amma istənilən kimi deyildi. Onun səylərini həmişə təqdir etmişəm. Dəyərlərinin və inancım nöqtəsində özünü qiymətli hesab edirəm, bunu söyləməkdən də heç bir zaman çəkinməmişəm” deyə, H.Şükür bildirib.