Danimarkada Fəthullah Gülən Konfransı

Danimarkada “Dünyagörüşləri Arasında Dialoq və Xidmət Hərəkatı” adlı konfrans keçirildi. Kopenhagen Universitetindən prof. Henninq Biçin (Henning Bech(beh)), Cənubi Danimarka Universitetindən prof. Ümid Nəcəfin (Ümit Necef) və Dialoq-Forum Dərnəyinin müştərək təşkil etdiyi konfransa Danimarka, İsveç, Almanya və ABŞ-dan çox sayda alim qatıldı.

Konfrans iştirakçıları dinlər, mədəniyyətlər və insanlar arasında dialoqun əhəmiyyətini vurğulayaraq Könüllülər Hərəkatının dialoq mehvərli fəaliyyətlərindən təqdirlə bəhs etdillər.

Fəthullah Gülənin cəmiyyətin bütün təbəqələri ilə dialoqda olduğunu vurğulayan məruzəçilər onun “Anadolunun xoşgörü iqlimində yoğrulmuş bir təsəvvüf” anlayışını təmsil etdiyini dilə gətirdilər Dünyanın müxtəlif ölkələrindən gələn alimlərin bir-biri ilə tanış olaraq fikir mübadiləsi apardığı konfrans yekun bildirişlə sona çatdı.