Əlində güc və iqtidar olanların haqqı qəbul etməsi

Fəthullah Gülən: Əlində güc və iqtidar olanların haqqı qəbul etməsi

Sual: İstər Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm) həyatına, istərsə də, Qurani-Kərimdəki peyğəmbər qissələrinəbaxanda görürük ki,yüksəkmövqeləri tutan vərifah içində yaşayan insanlar haqqı qəbul etməkdədaha çox inadkarlıq göstərirlər.Haqq və həqiqətə tərcüman olmaq istəyən möminlər bu reallığı nəzərə alaraq necə hərəkət etməlidirlər?

Cavab: Hər dövrdə olduğu kimi, bu gün də fərqli düşüncə və fərqli dünyagörüşünəmalik insanları əzməyə çalışan, onları qapı qulu kimi işlədənvə istismar edən oliqarx azlıq var. Bu oliqarx azlıq dünyanı özarzularına görə dəyişmək istəyir; hər şeyəşəxsi mənafe, həvaü-həvəs gözü ilə baxır. Özlərindən başqa heç kimi görmür vəinsanları qul-köləsayırlar. “Şirzimeyi-qalil” sayılan bu məğrur azlıq təkcə ölkəmizdə deyil, digər İslam ölkələrində də vardır və olacaqdır.

“Haqqımı vermərəm!”

Ancaq bu, o demək deyil ki, kasta sistemində olduğu kimi, özlərini ən üst təbəqədə görən insanlar cəmiyyətədaima hökmedəcəklər. Onlar, xüsusilə də dinin vəəxlaqın hakim olduğu dövrlərdəbir kənarda büzüşməyə, dar dairədə qalmağa məhkum olmuşlar. Ancaq bu da bir həqiqətdir ki, onlar əlləri-qolları bağlananda, quyruqlarını qısıb yuvalarında gizlənəndə belə, nəistismarçı düşüncələrini dəyişdirmiş, nədəöz məqsqədlərinə uyğun yeni planlar cızmaqdan əl çəkmişlər. Əllərinə fürsət düşəndə dəhəyatiəhəmiyyətli bütün sahələri istila etmiş, zorakılığa və haqsızlığa əl ataraqbaşqa dünyagörüşün mənsublarına zülm etmişlər.

Ancaq sözügedən azlığın hər şeyi qəsb etməsinin və meydan sulamasınınsəbəbinitəkcə onlarıntəmərrüd və zülmündə axtarmamalıyıq. Kütlələrin qəfləti, fəzilətli insanlarınəl-ələ verib onlara qarşı mübarizəaparmaması və plansız hərəkət etməsi vəziyyətin bu həddə çatmasındamühüm rol oynamışdır. Demək ki, “Birtoplum layiq olmasa, zalımların hökmranlığı altında əzilməz”. Əslində məruz qaldığımız bəla vəmüsibətləri öz xəta və nöqsanlarımızdan bilməliyik. Qurani-Kərimdə Allah-taala buyurur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə etdiyiniz əməllərin ucbatındandır! Allah əməllərinizin çoxunu əfv edər” (“Şura” surəsi, 42/30).

Əslində, insan ağlını tamamilə itirməyibsə, bilə-bilə özünü təhlükəyə atmaz. Ancaq qəflət, bəsirətsizlik, nəfispərəstlik, vəzifəpərəstlik kimi nöqsanlar insanı bilə-bilə özünə zərər verməyə sövq edir. Əgərgünah və xətalarına baxmayaraq,Allahhələ dənemətlərini kəsmirsə, bunu da ilahi lütf bilməlidir.

Mərhum Mehmet Akif deyir ki, haqqın yeganə sahibi “Haqqımı vermərəm!” deyəndir. Bu baxımdan oliqarx azlığın zülm və haqsızlığı ilə mübarizədətəkcəqışqırıb-bağırmaqla, hay-haray qoparmaqla bir nəticəəldə etməkmümkün deyil.Əksinə “Haqqımızı verməmək!” üçün rasional vəməntiqi yollarla mübarizə aparmalı, əgər qəflətə düşüb haqqı əldən vermişiksə,onualmaq üçün əldən gələni əsirgəməməliyik. Lazım gələrsə, bu yolda Quran və Sünnə çərçivəsindəhər cür fədakarlığı etməli, qanunları pozmadan vəədaləti əldən vermədən hüquqlarımızıbərpa etməliyik.

Dövrün mütəkəbbirləri və Haqqın gur səsi

Keçmişdə olduğu kimi, bu gün də kapitalı, gücü, iqtidarı və bəzi məqam-mənsəbi əlində saxlayanlar xalqa yuxarıdan aşağı, özlərinə isə aşağıdan yuxarı baxırlar. Dövrümüzdə belələrinin sayı o qədər çoxalıb ki, onlara “oliqarx azlıq” demək dədoğru olmazdı. Şübhəsiz ki, Allahın qüdrəti ilə müqayisədə onların gücünün bir qiyməti yoxdur və Ona sığınanların gözündədəəhəmiyyət kəsb etmir. Ancaq bizim qəflət və zəifliyimiz ucbatından bu gücəhəmiyyət qazanır. Oliqarx azlıq da ondan bizim əleyhimizə istifadəedir. Boğazda otarıb millətin hesabına yaşayanların qurduğu sistemin əbədi olacağını düşünmək doğru deyil. Bir gün onlardan dapeşman olanlar, tövbə edənlər, duyğu-düşüncəsini dəyişdirənlər və insan kimi yaşamağa qərar verənlər çıxacaqdır. Belə ki, Peyğəmbərimizin dövründəbunun bir çox nümunəsi vardır. Başlanğıcda Allah Rəsuluna (sallallahu aleyhi və səlləm)Bilal Həbəşi, Ammar ibn Yasir və Abdullah ibn Məsud kimi kasıb insanlar iman etsələr də, sonrakı illərdə Məkkənin əyan-əşrəfindən də bu iman halqasına girənlər olmuşdur.

İlk müsəlmanların şəxsindəbəzi psixo-sosioloji təhlillər aparmaq mümkündür. Məsələn, belə bir nəticə çıxarmaq olar ki, zülm altında əzilən insanlar xilaskar axtarışında idi, Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm) sədaqət, iffət (ismət), yüksək fətanət və qətiyyətini görüb nicat tapmaq ümidi iləOna sığındılar. Və ya nəzərə alanda ki, bu insanlar dünya malına sahib deyildilər vəəllərində itirəsi bir şeyləri olmadığına görəasanlıqla Allah yolunda canlarını ortaya qoydular. Yaxud da Allah Rəsulunun əngin şəfqəti ilə zülm altında inildəyən insanlara qucaq açması, arxa çıxması İslamın sürətlə yayılmasına səbəb olmuşdur. Bundan əlavə, yoxsul insanlarınəzəli nura yönəlməsi ilahi sövq nəticəsindədə ola bilər. Ancaq səbəb nə olur-olsun ilk müsəlmanların əksəriyyəti əyan-əşrəfin yuxarıdan aşağı baxdığı yoxsul insanlardı.

Ancaq güngəlmiş, əllərinə fürsət keçən kimi müsəlmanların yollarını kəsən və onları əzməyə çalışan əyan-əşrəfdəmüsəlmanların cərgəsinə qoşulmuşdur. Məsələn, nübüvvətin altıncı ilindəmüşriklərin Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) söylədiyi xoşagəlməz sözlərə qarşı Həzrət Həmzə (radiyallahu anh) dəniz kimi coşub müsəlman olmuşdu (Bax: İbn İshaq, “əs-Sirə” 2/151-152; İbn Hişam, “əs-Siratun-nəbəviyyə” 2/129). Demək, onun ruhunda bu cövhər vardı. İgidliyin timsalı Həzrət Həmzə (radiyallahu anh) əvvəlcə bir qədər tərəddüd keçirsə də, müsəlmanlığı qəbul etdikdən sonra İslama elə bağlanmışdır ki, Uhud döyüşündə şəhid olduqdan sonra adı göylərdə “Əsədüllah” yəni “Allahın aslanı” şəklində yazılmışdır (ət-Tabərani, “əl-Mucəmul-kəbir” 3/149; əl-Hakim, “əl-Müstədrək” 3/149). Bir vaxtlar təmərrüddə tayı-bərabəri olmayan Əbu Sufyan Məkkə fəth edildikdən sonra Allah Rəsulunun hüzuruna gəlib müsəlman olmuşdu (Bax: əl-Beyhaqi, “Dəlailun-nübüvvə, V, 102; İbn Asakir, “Tarixu-Dəməşq” XXIII, 458). Onun kimi müşriklərinneçə-neçə ağsaqqalı haqqa təslim olub müsəlmanların tərəfinə keçmişdir.

Heç kim gözəllikdən məhrum qalmamalı

Ona görə də bu gün kasta sisteminə görə özünü ən üst təbəqədə görən, insanları əzməklərinə, istismar eləməklərinəhaqq qazandıran oliqarx azlıq arasından nə bilmək olar, bəlkə də,neçə-neçə gül üzlü sultanlarçıxacaq, ümumbəşəri dəyərləri bərqərar etmək uğrunda sizinlə çiyin-çiyinəverəcək. Hətta bu gün bunun əlamətlərini yağmur kimi olmasa da, yarpaqlara qonan şəbnəm şəklində görmək mümkündür. Çünki maddi imkanı yaxşı olan, kasta sisteminin üst təbəqələrindəgörünən, öz dünyagörüşünü sizin düşüncə dünyanızdan uzaq görən vəsizinməfkurənizə şərik olacağı ağıla gəlməyən insanlar gözəlliklərlə tanış olunca insani dəyərlərin vəəmin-amanlığın bərqərar olması uğrunda həyata keçirilən fəaliyyətlərə arxa çıxırlar. Bir dəbaxırsan ki, onlardan bir nəfər bir yerdə məktəb açmaq istəyir, bir başqası başqa bir yerdə universitet qurmaq istəyir, bir başqası da bir təhsil ocağının tikintisi üçünyer bağışlamaq istəyir. Bu insanlar bu cür fəaliyyətlərlə başqalarına da nümunə olduqlarına görə onları görənlər “Mən də bir məktəb açım! Bir universitet də mən qurum!” deyirlər.

Ona görə də, bizim vəzifməizayrı-seçkilik etmədən cəmiyyətin bütün fərdləri ilə ünsiyyət qurmaqdır. “Bu fəaliyyətləri ancaq fağır-füqəra və ya orta təbəqə ilə həyata keçirmək olar” fikri doğru deyil. Düzdür, ola bilsin, bu insanlar ilk gündən bu işə hüsnü-rəğbət göstərmiş və könül qapılarını taybatay açmışlar. Ola bilsin ki, siz də başlanğıcda daha çox onlarla oturub-durmusunuz. Ancaq bu gün insanlıq naminə görüləsi işlər çox olduğuna görə, alihimmət olmalı, hər yerə və hər kəsəəl uzatmağa çalışmalıyıq. Maddi imkanları olan vəbaşqalarına yuxarıdan baxan insanları da bu işəcəlb etmək üçün əlimizdən gələni əsirgəməməliyik. Ancaq unutmayın ki, inandığınız dəyərləri qəbul etdirmək üçün kiminin ayağına bir həftə, kiminin qapısına bir ay, bəlkə də, bir il getməli olacaqsınız.

Kim bilir Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) neçə dəfəƏbu Cəhilin qapısını döymüş və onu İslama dəvət etmişdi. Qəzəblənmədən və incimədən hər bir fürsətdən istifadə etmiş, iman həqiqətlərini ona çatdırmağa çalışmışdır. Çünki Əbu Cəhil Bəni Məhzun qəbiləsinin əyan-əşrəflərindən idi (Bax: İbn İshaq, “əs-Sirə” 4/191; İbn Əbi Şeybə, “əl-Musənnəf” 7/255-256). İslamiyyəti qəbul etsə idi, çox güman ki, bütün qəbiləsi müsəlman olacaqdı. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) təkcəƏbu Cəhilin deyil, Məkkkənin bütün əyan-əşrəfinin qapılarını döymüş, yorulub-usanmadan, küsüb-incimədən İslamın həqiqətlərini onlara çatdırmışdır. Düzdür, Əbu Cəhilə iman nəsib olmadı. Ancaq bir gün Onun (sallallahu aleyhi və səlləm) mərhəmət və şəfqəti qarşısındaoğlu İkrimə imanla şərəfləndi (Bax: İbn Asakir, “Tarixi-Dəməşq” 41/55-56). Hətta gün oldu, Məkkənin əyan-əşrəfindən Ona (sallallahu aleyhi və səlləm) tabe olmayan bir adam qalmadı. Bəlkə, bir az da kütlə psixologiyasının təsiri ilə bütün Ərəbistan yarmadası müsəlman oldu (Bax: İbn Hişam, “əs-Süiratun-nəbəviyyə 5/248-249; İbnül-Əsir, “əl-Kamil fittarix 2/157-161).

O baxımdan cəmiyyətin bütün kəsimləri iləəlaqə qurmaq üçün alternativ yollar tapıb hər fürsətdən istifadə etmək lazımdır. Bəli, bezmədən, usanmadan, ümidsizliyə düşmədən və küsüb-incimədən hamının qapısını döyməliyik. Bəlkə də, bəziləri sizi təhqir edəcək, “irticaçı”, “geridə qalmış” deyəcək və ya başqa-başqa adlar qoyacaqlar. Ancaq bu işi görsəniz şək-şübhəsiz qazanacaqsınz, əgər bu işi görməsəniz, şəkk-şübhəsiz onlar itirəcəklər. Əgər təbliğiniz əbədi səadətin sirli açarıdırsa, - Allah-taala bu sirli və sehrli açarı haqq yolunun səmimi möminlərinəlütf edir – bu açarı onlara vermək üçün əlli dəfəəl-ətək öpməyə dəyər. Bəli, Quran xadimləri insanların əbədi səadət yolunu tapması üçün heç bir cövrü-cəfaya, heç bir kəm sözə və heç bir maneəyəəhəmiyyət verməməlidirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.