Gənc

Gənc insan güc, qüvvət və zəkanın fidanıdır. Təlim-tərbiyə görsə, çətinliklərə qalib gələn Herakl, könüllərə işıq və dünyaya nizam vəd edən bir qəhrəmana çevrilə bilər.

* * *

Cəmiyyət kristal qab, gənclər də onun içindəki maye kimidirlər. Onun rəng və şəklinə bürünüb onunla görünürlər. Görəsən, onları təslim olmağa dəvət edən nizam həvariləri çevrilib bir də özlərinə baxa bilirlərmi?

* * *

Həvəslər olduqca şirin, fəzilətlər də bir az turş yeməklərə bənzəyir. Gənc bunlardan birini seçməklə üz-üzə qalınca, bilmirəm, nəyi seçib, nədən uzaq olacağını söyləməyə ehtiyac varmı? Halbuki, onları fəzilətə dost, əxlaqsızlıq və rəzilliyə də düşmən olaraq yetişdirmə məcburiyyətindəyik.

* * *

Tərbiyə ilə kömək əli uzadılana qədər gənc yetişdiyi mühit, həvəs və zövqün pərvanəsi; elm, bəsirət və məntiqdən uzaq gəzən bir dəli və qanlıdır. Gənci keçmişi ilə bütünləşdirib gələcəyə hazırlayacaq yaxşı bir tərbiyə isə onu istiqbalın Öməri edəcəkdir.

* * *

Bir millətin yüksəliş və tənəzzülü o millətə məxsus gənc nəslin alacaqları ruh və şüura, görəcəkləri təlim və tərbiyəyə bağlıdır. Gəncləri yaxşı yetişmiş xalqlar hər zaman tərəqqi zirvəsinə doğru gedər. Yaxşı təlim-tərbiyəni ehmal etmiş xalqların tənəzzülü isə qaçınılmazdır.

* * *

Bir millətin gələcəyi haqqında fikir söyləmək istəyənlər o millətin gənclərinə verilən tərbiyəyə baxsalar, verdikləri qərar tamamilə doğru olar.

* * *

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.