Avstraliyada Gülən Konfransı

Fəthullah Gülənin dialoq, tolerantlıq, birlikdə yaşamaq və sosial inteqrasiya ilə bağlı fikir və görüşləri Avstraliyanın Melborn şəhərində yerləşən Katolik Universitetində müzakirə ediləcək. 15 iyulda açılışı olan simpozium iki gün davam edəcək. Yerli və əcnəbi iştirakçıların dəvət edildiyi simpoziumun bir seminarında Gülən fikirləri ilə Aristotel fikirləri müqayisə ediləcək.

Simpoziumun birinci günündə natiqlər Gülən fikirlərini müxtəlif aspektlərdən də iştirakçılara təqdim edəcəklər. İkinci gün Gülənin "Dinlərarası Dialoq" görüşünün nəzəri və praktiki yönü müzakirə ediləcək.

Simpozium professor Tomas Mişelin rəhbərliyi altında naharla başlayacaq. Simpoziumu Professor Gabrielle McMullen və Orxan Çiçək açacaq. Simpoziumun açılış məruzəçiləri və çıxışlar bunlardır:

Abdullah Aymaz: "Gülən Hərəkatı: Keçmiş və Bu Gün"

Dan Madigan: "Nostra Aetatenin Cavablandırılmamış Sualları".

Təşkilat komitəsinin bildirdiyinə görə, simpoziumun hədəfləri bu şəkildə sıralanır:

  • Avstraliyalı müsəlmanların insan haqları prinsiplərini yalnız irqi və dini ayrı-seçkilik və böhtan kimi mövzularla məhdudlaşdırmamağını təmin etmək.
  • Qeyri-müsəlmanların "İslam" və "Müsəlman olma" anlayışları ilə bağlı bilik və məlumat səviyyələrini daha da artırmaq.
  • Müsəlmanların təcridinə mane olmaq üçün sosial inteqrasiyanı, çoxkültürlülüyü və irqçiliyə qarşı sıfır tolerantlığı yeni nəslə təşviq etmək.
  • Sosial inteqrasiya cəmiyyətin zorakılıqdan qorunması və birlikdə yaşaması naminə "terrora qarşı müharibə" görüşündən daha çox fayda verəcək.
  • Sosial inteqrasiyanın genişləməsi ilə həm müsəlmanlardakı mənfiliklər və ümüdsüzlüklər aradan qaldırmaq, həm də qeyri-müsəlmanlar üçün milli güvən mexanizmi əmələ gətirmək.
  • Həm gələcək, həm də mövcud iş mərkəzləri üçün bir platforma meydana gətirmə imkanını təmin etmək.
  • Müsəlman toplumların və siyasət adamlarının xüsusi şəkildə öyrənilməsi və araşdırılmasını təmin etmək.

Altı iclasla mövzunun ətraflı şəkildə təhlil edilməsi planlaşdırılır. İclaslar və mövzuların adı:

  • Fəthullah Gülən: Qaynaqlar və ənənələr
  • Gülən Hərəkatı və cəmiyyətlə aktiv qaynayıb-qarışma
  • Dialoqun perspektivləri
  • Fəthullah Gülən və Dinlərarası Dialoq
  • Nostra Aetate və Müsəlman-Xristian dialoqu
  • Gülənin görüşləri və Gülən Hərəkatı

Simpoziuma dəvət edilən məruzəçilərin siyahısı:

  1. Dr. İhsan Yılmaz (Fateh Universiteti-Türkiyə)
  2. Hanifa Deen (yazar)
  3. Professor Joe Camilleri (Latrobe Universiteti)
  4. İkabel Patel (AFIC Rəhbəri)
  5. Fr Dan Madigan (Georgetown Universiteti, ABŞ)
  6. Professor Gary Bouma (Monash Universiteti)
  7. Susand Carland (Monash Universiteti)
  8. Professor Helen Szoke (CEO, Victorian Equal Opportunity and Human Rights Commission)
  9. Professor Greg Barton (Monash Universiteti)
  10. Assoc Professor İrfan Ahmad (Monash Universiteti)
  11. David Tittensor (Monash Universiteti)
  12. Stephen Fontana (Vic Police, Assistance Commissioner)
  13. Professor Abdullah Saeed (Melbourne Universiteti - TBC)
  14. Philipp Bruckmayr (Viyana Universiteti)
  15. Professor Fetih Mansouri (Deakin Universiteti -TBC)
  16. Professor Ben MacQueen (Monash Universiteti)
  17.  İrfan Yusuf (yazar)
  18. Məmməd Özalp (yazar, Affinity İntercultural Foundation)

Avstraliya Mədəniyyətlərarası Birliyi (AIS), Monash Universiteti və Avstraliya Katolik Universitetinin rəhbərliyi ilə təşkil olunan simpoziumun məruzələri internet saytlarında veriləcək.

Verilən məlumata görə yığıncağa aşağıdakı təşkilatlar da dəstək verir:

  • Centre for İslam and the Modern World (Modern Dünya və İslam Mərkəzi)
  • National Centre for Australian Studies (Milli Avstraliya İşləri Mərkəzi)
  • Monash Centre for EU and European Studies (AB və Avropa Araşdırmaları Üzrə Monash Mərkəzi)
  • Global Terrorism Research Centre (Qlobal Terrorizm Tədqiqat Mərkəzi)
  • Fəthullah Gulən Chair in the Study of Islam and Muslim-Catholic Relations (İslam və Müsəlman-Katolik Əlaqələri Üzrə Fəthullah Gülən Fakültəsi)
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.