DA bu gün 10 yaşını qeyd edəcək

Bu gün Dialoq Avrasiya Platforması və “Dialoq Avrasiya” (DA) jurnalının Azərbaycanda fəaliyyətinin 10 ilinin tamam olması münasibətilə Gülüstan sarayında “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda konfrans keçiriləcək. “Dialoq Avrasiya” jurnalının Azərbaycan təmsilçisi Mustafa Saatçının sözlərinə görə, Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirdə Azərbaycan, Türkiyə və Rusiyadan mütəxəssislər iştirak edəcəklər. Jurnalın rəhbəri deyib ki, fəaliyyəti dövründə “Dialoq Avrasiya” Azərbaycanda, Türkiyədə və digər türk cümhuriyyətlərində birlik və bərabərlik üçün çox mühüm işlər görüb. Qeyd edək ki, Dialoq Avrasiya Platforması 1998-ci ildə Türkiyədə yaradılıb, Azərbaycanda isə fəaliyyətə 1999-cu ildən başlayıb. Təşkilatın “Dialoq Avrasiya” (DA) Jurnalının ilk nömrəsinin təqdimatı 2000-ci ildə Heydər Əliyevin iştirakı ilə keçirilib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.