Dünya Fəthullah Gülən Xoca Əfəndidən danışır

Fəthullah Gülən Xoca Əfəndi dialoq, xoşgörü (tolerantlıq) və sülh çağrısı ilə bütün dünyada maraqla qarşılanmaqda davam edir.

Fəthullah Gülən dialoq fəaliyyətlərinə verdiyi əhəmiyyətli cahanşümul dəyərlər və dünyəvi sülhə töhfələrinə görə müxtəlif ölkələrdə maraqla qarşılanmaqda davam edir. Onun sülh və əmin-amanlıq naminə mədəniyyətlər və dinlər arası dialoqa çağrışı şərqlə qərbi birləşdirir, gələcəyə işıq salır...

Dünya miqyasında sülh fəaliyyətləri ilə tez-tez adı çəkilən Norveçin sabiq Baş Naziri Kjell Maqne Bondevik də Gülənin təşviq etdiyi dialoq fəaliyyətlərindən çox təsirləndiyini söylədi:

Dünya sülhü naminə Fəthullah Güləndən ilham alaraq aparılan dialoq fəaliyyətləri mənə çox təsir etdi. İstər Norveçdə, istərsə də dünyanın müxtəlif bölgələrində aparılan dialoq fəaliyyətlərinizi gördükdən sonra gələcəyə daha ümidlə baxıram...

Məşhur “Oslo Sülh” və “İnsan Haqları Mərkəzi”nə də başçılıq edən Bondevik Norveçdəki “Dialoq İçində Bir Dünya Dərnəyi”ni (EVID) ziyarət edərkən Gülənin dünya sülhünə bağlı düşüncələri ilə öz fikirlərinin üst-üstə düşdüyünü, dialoq, qarşılıqlı hörmət və anlayışa inandığını söylədi:

Hər ikimiz də dialoqa, qarşılıqlı hörmət və anlayışa, mədəniyyətlər və dinlər arasında körpülər qurmanın dünya sülhü üçün çox əhəmiyyətli olduğuna inanırıq. Xüsusilə, indiki dövrdə, İslam aləmi ilə Qərb arasında yüksələn gərginlik var. Bu yüksələn gərginliyin heç kəsə faydası yoxdur. Əksinə, əgər bunun qarşısını almasaq, hamımız bundan zərər görəcəyik. Bu səbəbdən möhtərəm Gülənin dünya sülhü ilə bağlı fikirləri və bu fikirlərin tətbiqi mənim üçün çox əhəmiyyətli və təsiredicidir.

Mədəniyyətlər və dinlər arasında dialoqun inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Gülənin düşüncələri dünyanın hər yerində təqdirlə qarşılanır. Türkiyəni ictimai və mədəni sahədə daha yaxşı tanımaq və Qazax mediası olaraq Türkiyəni daha yaxşı tanıtmaq məqsədi ilə Türkiyəyə gələn Qazaxıstan Yazıçılar Birliyi Sədr Müavini Talaptan Əhməd Can da Fəthullah Gülənin düşüncələrinin dünyaya sülh və əmin-amanlıq gətirəcəyinə diqqət çəkdi:

Mən, həqiqətən, Fəthullah Gülənin düşüncələrinə bir ziyalı, bir filosof olaraq çox dəyər verirəm. Onun o yüksək, dəyərli fikirlərinin dövrümüzdə sülh içində və birlikdə yaşamamıza vəsilə olacaq bu dünyada əhəmiyyətli fikirlər olduğunu düşünürəm. Bu çərçivədə onun əsərləri ilə insanların bir-birlərini daha yaxşı anlaya biləcəklərini düşünürəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.