Fəthullah Gülən dövrün tələbatını düzgün izah etdi

Fəthullah Gülən dövrün tələbatını düzgün izah etdi

Amerikalı tarixşünas Karter V. Findlinin (Carter V. Findley) fikrincə, son iki əsrdə İslam dünyasında böyük nüfuza malik üç dini lider və hərəkat var: Mövlana Xalidi-Bağdadi, Bədiüzzaman Səid Nursi və M. Fəthullah Gülən. "Gülən Hərəkatı müsəlmanların son iki əsrdə üçüncü ən böyük oyanışıdır", - deyən Findli: "Camaat milli hərəkatdan cahanşümul bir hərəkata çevrildi", - deyə fikrini bildirdi. Karter Xocaəfəndinin dövrün tələbatını düzgün izah etdiyini söylədi. Gülənin dini lider olduğunu söyləyən Findli: "Bu insanları anlamaq çətindir. Dəyərlərini sonra biləcəklər. Bir elm adamı kimi onunla görüşmək istərdim. İzmirdə vaiz olaraq fəaliyyətə başlayan insan necə oldu ki, milyonları ətrafına topladı? Heç evlənmədi, ailə qurmadı. Həyatını Allaha həsr etdi", - dedi. Məşhur tarixşünas T.Özalla birlikdə Türkiyənin tilsimi sındırmağa başladığını xatırladaraq, Gülən Hərəkatının da bu ərəfədə fəaliyyətlərini genişləndirdiyiğini qeyd etdi. Findliyə görə, Gülənin ardıcılları məfkurəsinə sadiq insanlardır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.