"Gülən Araşdırma Mərkəzi"nin iftarı böyük maraqla qarşılandı

Cakarta İslam Universitetinin nəzdində fəaliyyət göstərən Fəthullah Gülən Araşdırma Mərkəzi paytaxt Cakartada iftar yeməyi verdi. İftarda dövlət nümayəndələri, xarici qonaqlar və müxtəlif din nümayəndələrindən ibarət 120 nəfər iştirak etdi.

Qurani-Kərim tilavətinin ardından əzanla başlayan dəvətdə türk yeməkləri ikram edildi, türk musiqiləri ifa olundu. Bu ziyafətdə qısametrajlı film nümayişi ilə hər cür terror qınanaraq: “Müsəlmanların adı əsla terrorla birlikdə çəkilə bilməz!” – deyə vurğulandı. Gülən Hərəkatının bütün insanlıq naminə sülhə, əmin-amanlığa, rifaha verdiyi dünya miqyaslı xidmətlərindən bəhs edildi.

Gülən Araşdırma Mərkəzinin Direktoru Dr. Ali Ünsalın açılış çıxışından sonra Cakarta Dövlət İslam Universiteti rektoru professor Kamoriddin Hidayət söz aldı. Hidayət: “Gülən Hərəkatını tanıdıqdan sonra hər mövzuda eyni düşüncələri paylaşdığını gördüm və bu səbəblə universitetimdə Fəthullah Gülənin fikirlərinin təbliği üçün bir araşdırma mərkəzi görmək istədim”, – dedi. İftara 30-a yaxın ölkədən diplomatik nümayəndələr də qatıldı. ABŞ-ın Cakarta səfiri Kameron R. Hume Fəthullah Gülən Araşdırma Mərkəzinə təşəkkürlərini bildirdi və bu ziyafətdə iştirak etdiyinə görə qürür duyduğunu dilə gətirdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.