Gülən hərəkatı beynəlxalq hərəkatdır

Bəşəriyyətin sülhü naminə aparılan dialoq fəaliyyətləri bütün dünyada böyük maraqla qarşılanır. Norvegiyanın paytaxtı Osloda keçirilən "Sülh İçində Birgəyaşayış Sənəti: Gülən Hərəkatı Nümunəsi" adlı konfransda Fəthullah Gülən və “Könüllülər Hərəkatı” müzakirə edildi. Dialoq İçində Bir Dünya (EVID) və Müxtəlif Mədəniyyətlər Platforması (Mangfoldhuset) dərnəklərinin müştərək təşkil etdiyi konfransda ABŞ-ın Rays Universitetindən fəlsəfə və dinlər tarixi professoru Cill Karroll, Trondheim missionerlik Kilsəsi Baş Keşişi və EVID Baş Katibi Dag Aakre çıxış etdi. Böyük maraqla qarşılanan konfransda Norvegiya səfiri Hayati Güven, sabiq nazir Liberal Partiya Millət Vəkili Odd Einar Dorum və çox sayda qonaq iştirak etdi.

Prof. Karroll çıxışına "Gülən Hərəkatı" ilə necə tanış olduğunu danışaraq başladı. 2004-cü ilin dekabr ayında hərəkatın təşkil etdiyi Türkiyə səfərindən çox təsirləndiyini və bu günə qədər bütün dünyaya yayılan bu böyük hərəkatdan xəbərsiz olduğuna heyrət etdiyini dilə gətirdi.

Öz sahəsi olduğuna görə dünyada bütün dini cəmiyyət və fəaliyyətləri araşdırdığını, onları müqayisə etdiyini deyən Professor, “Gülən Hərəkatı” digərlərindən fərqli olaraq bəşəriyyətə qucaq açan fikrə malik olduğunu vurğuladı. Xanım Karroll: "Fəthullah Gülən milyonlara ilham mənbəyi oldu. O, bəşəriyyətə xidmət yollarını göstərdi. Ona könül verənlər isə demək olar ki, hər ölkədə Gülənin “sülh adacıqları” adlandırdığı təhsil qurumları və dialoq dərnəkləri quraraq Hz. İsanın həvariləri kimi bütün dünyanı sevgi və barışa çağırır," – dedi.

Dünyada birlikdə yaşamağa məcbur olduğumuzu və bunun dəyişməz bir "tale" olduğunu deyən Cill Karoll bu qoca dünyada sevgi və sülhün yeganə yolu "bir-birimizin mövqeyinə və düşüncəsinə hörmət etmək"dir dedi. Fəthullah Gülənin həm nəzəriyyədə, həm də praktikada müvəffəq olduğunun vurğulayan alim Gülənin ona dediyi: "Digərləri ilə “özümüz” olaraq yaşamağın yollarını axtarmalıyıq" sözündən çox təsirləndiyini qeyd etdi. Karroll: "Hörmətli Gülən müsəlmanın xristianla, qaranın ağla, buddistin ateistlə... Qısaca, hər kimiksə öz dəyərlərini qoruyaraq və hər kəsin mövqeyinə hörmət göstərərək problemsiz, sülh şəraitində yaşamağın yollarını axtarmağı nəsihət edir," – dedi.

Gülən hərəkatı beynəlxalq hərəkatdır

"Etimad edilən insan olmaq istəyirəm"

"Birgəyaşayış sənəti"ni ən sağlam əsaslarla təqdim edən şəsx Fəthullah Güləndir” deyən prof. Karroll dünyada fəaliyyət göstərən təhsil müəssisələri və dialoq dərnəkləri ilə bunu ən gözəl şəkildə həyata keçirənlərin də fikirlərindən bəhrələnən "könüllülər" olduğunu vurğuladı. Prof. Karroll həmçinin: "Gülən həqiqi müsəlman etimad edilən insan olduğunu deyir. Onun bu sözləri çox xoşuma gəlir. Mən müsəlman deyiləm, lakin mən də belə insan olmaq istəyirəm…Etibar edilən, etimad edilən insan," – deyərək ümumbəşəri dəyərlərin əhəmiyyətini vurğuladı.

Konfransda verilən: “Gülən Hərəkatının gələcəyi necə olacaq?” sualına isə xanım Karroll: "Gələcəyi çox işıqlı olacaq," – deyə cavab verdi. Gülən Hərəkatını “Beynəlxalq hərəkat” adlandırdığını deyən Professor: "Bu hərəkat 30 ildir ki, böyük uğurla yüksəlir. Gələcək 10 il və sonrakı illərdə də sürətli şəkildə fəaliyyətini artıracağını düşünürəm. Hörmətli Güləni bilmirəm bütün dünya tanıyacaq və ya tanımayacaq, ancaq fikirləri bəşəriyyət tərəfindən qəbul ediləcəyindən əminəm," – dedi.

"Gülənlə tanış olmadan əvvəl müsəlmanlarla yalnız missionerlik üçün dialoq qururduq"

Konfransda Baş Keşiş Dag Aakre isə: “Hərəkatın "dinlərarası dialoq" fəaliyyətləri böyük uğurla və sürətlə böyüyür,” – dedi.

Mənsub olduğu kilsənin İslamla dialoqa missionerlik cəhətdən yanaşdığıni vurğulayan norvegiyalı Rahib: "Müsəlmanlarla ancaq missionerlik üçün dialoq aparırdıq. “Gülən Hərəkatı” ilə tanış olmadan əvvəl dialoqa belə yanaşırdıq," – deyə etiraf etdi.

Kilsənin bəzi nümayəndləri hələ də dialoqa qarşı olduğunu və: "Dialoqa nə ehtiyac var?" – deyə tənqid edildiyini də bildirən Baş Keşiş Aakre, lüğətdə belə olmayan bir məfhumu hər kəsin başa düşməsini gözləmək yanlışdır, dedi. Bu problem yalnız xristianlarda deyil, bu bölgədəki müsəlmanlarda da olduğunu deyən Aakre: "Tanış olduğum müsəlmanların çoxu da, ümumiyyətlə, dinlərini təbliğ məqsədi ilə bizimlə dialoqa keçirdi," – deyə fikrini bildirdi. Aakre fərqli dinlərin nümayəndələri bir araya gələndə bir-birinin səmimiyyətindən əmin olmalıdır, deyərək: "İnanc və düşüncələrimizi təlqin etməyə çalışmaq, müzakirəyə girişmək dialoqa açılan qapının bağlanmasına səbəb olar," – dedi. (Kadir Uysaloğlu)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.