Gülən hərəkatı demokratik dəyərlərə əsaslanır

Çıxış edən alimlər məhz Gülən hərəkatı ilə İslamın dostluq, səmimiyyət təlimi kimi təqdim edildiyini vurğuladılar və dünyanın bu düşüncə ilə sülhə, əmin-amanlığa qovuşacağını söylədilər.

ABŞ-ın Corc Taun Universitetinin rektoru, Müsəlman-Xristian Anlayış Mərkəzi və Rumi Forumunun birgə təşkilatçılığı ilə ABŞ-da keçirilən “Qlobal problemlər çağında İslam: Gülən hərəkatının alternativ perspektivləri” adlı konfransda dünyanın ən məşhur universitet və akademiyalarının mütəxəssisləri iştirak etdilər. İki gün davam edən konfransda İngiltərənin, Kanadanın, Avstriyanın, ABŞ-ın, Fransanın, Avstraliyanın ən məşhur universitetinin professor və alimləri Gülən hərəkatının dünyaya təqdim elədiyi barış layihəsindən, birgə yaşayış, dialoq və qarşılıqlı anlaşma çağırışlarından bəhs etdilər. Denver Universitetinin professoru Nader Haşemi Gülən hərəkatının Türkiyədə liberal demokratiyaya dəstək verdiyi və bu düşüncənin bütün qitələrə yayıldığını xüsusi vurğuladı. İngiltərənin Derbi Universitetinin professoru Pauli Viller Gülənin dialoq anlayışını “tolerans” ifadəsi ilə izah elədi və bu düşüncənin başqa insanların fərqli düşüncələrinə hörmətlə yanaşdığını təbliğ etdiyini, insanlara vicdan azadlığı seçimi verdiyini vurğuladı,Viller Gülən hərəkatının dünyaya yeni bir anlaşma, dialoq mərhələsi təqdim etdiyini vurğuladı və: “Gülən hərəkatı ilə İslamın ən gözəl şəkildə anlaşıldığını, bu dinin qarşılıqlı anlaşma, hörmət, insana sevgi üzərində ucaldığı açıq-aydın görünür”, - dedi.

Çıxış edən alimlər məhz Gülən hərəkatı ilə İslamın dostluq, səmimiyyət təlimi kimi təqdim edildiyini vurğuladılar və dünyanın bu düşüncə ilə sülhə, əmin-amanlığa qovuşacağını söylədilər. İki gün davam edən konfrans dünən başa çatdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.