“Gülən hərəkatı” kitabı İndoneziya dilinə tərcümə edildi

“Gülən hərəkatı” kitabı İndoneziya dilinə tərcümə edildi

Professor Məhəmməd Çətinin “Gülən hərəkatı: geniş sivil xidmət” adlı kitabı İndoneziya dilinə tərcümə edildi. Cakartada İndoneziya Universitetinin təşəbbüsü ilə tərcümə edilən kitabın təqdimat mərasimi keçirildi. Tədbirdə kitabın müəllifi professor Məhəmməd Çətin də iştirak etdi.

Tədbirdə kitabın müəllifi Məhəmməd Çətinlə yanaşı, İndoneziya Universitetinin sabiq rektoru professor Qumilar Rusliva Somantri (Gumilar Rusliwa Somantri) və İndoneziya Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Dvi Ardanasveri (Dwi Ardhanariswari) də çıxış etdi. Tədbirdə müəllim, professor və tələbələrdən ibarət üz yüzə yaxın qonaq iştiraq etdi.

Professot M.Çətin çıxışında Gülən hərəkatını sosyoloji aspektdən analiz etdi. Çətin Gülən hərəkatının bütün dünyada böyük nüfuza malik olduğunu qeyd edərək: “Hər şeydən əvvəl, hər bir insanın bir kimliyi var. Mədəniyyət, din və vətəndaşlıq kimliyini qazanmadan əvvəl insanın özünə məxsus bir kimliyi var. Bu da ki insanlıq kimliyidir. Gülən hərəkatı da bu ideya ilə hərəkət edir və hər kəsə qucaq açır”, - dedi.

Ardanasveri isə kitabı elmi müstəvidə analiz etmək əvəzinə qonaqlara belə bir sual verdi: “Mənə maraqlı gəlir: niyə bu hərəkat digər dinə mənsub insanları, siyasətçi və elm adamlarını qialoqa dəvət edərkən axşam yeməyinə üstünlük verirlər?”. Ardanasveri verdiyi sualı özü cavablandırdı: “Sonra başa düşdüm ki, axşam yeməyi insanın psixoloji və ruhunun ən dinc və ən əlverişli vaxtıdır. Bu zaman kəsiyində insanlarla rahat söhbət və ünsiyyət qurmaq olur. Axşam yeməyində hər kəs eyni əhval-ruhiyyədə olur”.

Dvi Ardanasveri: “Görürəm ki, Gülən hərəkatı gördüyü işləri sırf insanlığa yaxşılıq etmək üçün edir. Və insanın səviyyəsini yüksəltmək üçün ictimai həyatını tənzimləməyə çalışır”, - dedi.

Professor Məhəmməd Çetinin İngilis dilində çapdan çıxan “The Gulen Movement: Civic Service without Borders” kitabı Avropa və Amerikada böyük maraqla qarşılanmışdı. Gülən hərəkatını daha yaxından tanımaq üçün İndoneziya dilinə tərcümə edən kitabın da maraqla qarşalancağı ümid edilir. (Səlim Çağlayan)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.