Mövlana Xan: “Fəthullah Gülən böyük bir alimdir”

Hindistanın məşhur əhli-sünnə alimlərindən Mövlana Vahiduddin Xan Peyğəmbərimizin (s.ə.s.) metod və yolunun müasir dövrdə ən uğurlu davamçılarından birinin Fəthullah Gülən olduğunu söylədi.

“Yeni Ümid” və “Hira” jurnallarının 5-6 may tarixində Qaziantepdə keçirməyə planlaşdırdığı beynəlxalq "İctimai problemlərə peyğəmbər yolundan çözümlər" simpoziumunda Hindistanın İslam Mərkəzinin rəhbəri Mövlana Vahiduddin Xan da iştirak edəcək. Konfrans qabağı Yeni Delhidəki İslam Mərkəzində “Cihan” Xəbər Agentliyinə müsahibə verən Xan Peyğəmbərimizin yolunun insanlığa olduğu kimi çatdırılmasında müsəlmanların öhdəsinə böyük vəzifələr düşdüyünü, bunun üçün də ilk növbədə Peyğəmbər yolunun araşdırılmasının zəruri olduğunu xatırlatdı. Xan Peyğəmbərimizin (s.ə.s.) müsəlmanları ilk öncə Allaha qarşı vəzifələrini yerinə yetirməyə, sonra da təvəkkül etməyə çağırdığını vurğulayaraq: "Peyğəmbərimizin yolu bizi həm vəzifədə, həm də təvəkküldə şüurlu olmağı öyrədir. Bu, Peyğəmbərimizin ictimai problemləri həllində göstərdiyi yoldur" dedi.

Fəthullah Gülən Xocaəfəndi dövrün yenilikçi İslam alimi və mütəfəkkiridir, deyən Vahiduddin Xan Gülənin təşviqi ilə dünyaya yayılan təhsil və dialoq fəaliyyətlərinin uğurlu addım olduğunu dilə gətirdi. Xan Gülən Xocaəfəndinin Peyğəmbərimizin bizə öyrətdiyi metod və yolları bütün dünyaya yaymağa çalışdığını söylədi.

Mövlana Vahiduddin Xan "müasir dövrdə peyğəmbər yolunun ən uğurlu davamçılarından" biri saydığı Güləni "siyasət və dünya işləri ilə əlaqəsi olmayan, sülh və təhsilin insanlara daha firavan həyat gətirəcəyinə inanan böyük alim" kimi xarakterizə etdi.

97 yaşlı Xan Hindistanın əhli-sünnə üləmasının məşhur fikir liderlərindən biridir. Vahiduddin Xanın müntəzəm apardığı söhbət, kitab və məqalələri İngilis dilinə də tərcümə edilib oxuculara çatdırılır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.