Nyu Yorkda Gülən Hərəkatının beynəlxalq sülhə töhfəsi müzakirə olundu

Nyu Yorkda Gülən Hərəkatının beynəlxalq sülhə töhfəsi müzakirə olundu

“Tayms Sentr”da (The Times Center) Sülh adası institutu (PII) (Peace Island Institute) və Fauntin (Fountain) jurnalının birgə təşkilatçılığı ilə “Təhsillə sülhü bərqərar etmək (Peace building Through Education)” adlı beynəlxalq konfrans keçirildi. Konfansda dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar da iştirak etdi. Sülh adası İnstitutunun fəxri direktoru konfransın açılışında Fəthullah Gülən Xocaəfəndinin məktubunu oxudu. Konfransda bir çox ölkənin təhsil vasitəsilə sülhü bərqərar etmə təşəbbüsləri nazirlər və alimlər tərəfindən müzakirə olundu. Dörd hissədən ibarət olan və gün boyu rəngarəng tədbirlərlə davam etdirilən konfransda beynəlxalq sülhünün bərqər olmasında təhsilin rolundan danışıldı.

Filippinin Təhsil Naziri Armin Altamirano Luistro Filippin məktəblərində baş verən zorakılıq hadisələrindən örnəklər verərək bildirdi ki, bu hallar gələcək zorakılıqların başlanğıc nöqtəsi və xəbərdarlıq siqnalıdır. Luistro "Bu problemi bir misalla izah etmək istəyirəm. Nə qədər kompleks və qarışıq olursa-olsun, bütün problemlərin mərkəzində insan faktoru dayanır. Vurub-vurmamağa, zorakılığın bir parçası olub-olmamağa qərar verən insandır. Nüvə silahları ilə bəşəriyyəti yox edib-etməməyə qərar verən də insandır." Nazir Luistro çıxışında Filippində beşinci sinif şagirdinin birinci sinif şagirdini oyuncağını əlindən aldığına görə öldürdüyünü, bu zorakılığın qəbulolunmaz olduğunu da ifadə etdi. "Birləşmiş Millətlər Təşkilatının apardığı bir araşdırma uşaqların ən çox yaxın ətrafı tərəfindən zorakılığa məruz qaldığını bildirir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əksəriyyətində uşaqlar əsasən nizam-intizam adı ilə zorakılığa məruz qalır. Bu uşaqların dərdinə dərman olmaq və qayğı göstərmək bizim borcumuzdur." Luistro uşaq oyun meydançalarının dünyanın kiçik bir örnəyi olduğunu dedi. Oyun meydançalarını nizama sala bilsək, dünyada da sülh bərqarar olacaq.

Nazir Luistro eyni zamanda ölkəsində açılmış Filippin Türkiyə Tolerantlıq Məktəbini (Phillipines and Turkish Tolerance School) gözəl fəaliyyətinə görə mükafatla təltif etdi.

Konfransda Amerikanı təmsil edən Nyu Cersi ştatı Təhsil Nazirliyinin Ali Təhsil üzrə şöbə müdiri Raçel Endriks (Rochelle Hendricks) çıxış etdi. Ürəkdən çıxış etdiyini deyən Endriks sülhün kiçik addımlarla gələcəyini söylədi. "Uşaqlarımıza “təşəkkürlər” və “xahiş edirəm” deməyə, bölüşməyə və kollektiv işə, hər insanın çox qiymətli olduğunu və bu anlayışın bütün insanlara faydalı olacağını anlamağa təşviq kimi kiçik addımlarla sülh bərqərar olacaq. Uşaqlarımıza daima möhtac insanların var olduğunu anlamağa təşviq etməliyik, bu, çox əhəmiyyətlidir. Səmimi deyirəm, biz təhsildə uşaqların xarakterini formalaşdırmaqdan başqa nə edirik?". Endriks "Uşaqlara onların qurban olmadığına və ətrafdakı hadisələri dəyişdirməyə qadir olduğuna inandırmaq da sülhə öz töhfəsini verəcəkdir"− dedi.

Tanzaniya Təhsil Naziri Şakur Cuman Kavambva (Shukuru Jumanne Kawambwa) Tanzaniya təhsil sistemindən və bu sistemin sülhə verdiyi töhfələrdən danışdı. Çıxışında tez-tez Tanzaniyada fəaliyyət göstərən Fəza Türk məktəblərinin adını çəkən nazir dövlət və özəl məktəblərin Tanzaniya təhsilinə töhfəsindən söz açdı: "Özəl təhsil müəssisələri arasında ən yaxşı nəticələr göstərən Fəza məktəbləridi. Qız və oğlan uşaqlarının təhsil almasını təmin edən bu məktəblərdə yerli pedaqoqlar kimi türkiyəli müəllim və idarəçilər də işləyir. Məktəblərdə açıqfikirlilik , insan şərəfi, maraq, hörmət, möhkəm xarakter, kəşfə meyilli ağıl və kollektiv işguzarlıq kimi məziyyətlər aşılanır. Bu məktəblərdə plural həyat, tolerantlıq və hörmət ab-havası hakimdir. Bu atmosfer şagirdlərə çox müsbət təsir edir. Fəza məktəbləri ölkədə heç bir təbəqə arasında ayrı-seçkilik etmir”.

Belfastda “Birlik üçün təhsil" proqramının direktoru Conston Maqmaster (Johnston McMaster) şagirdlərə demokratiya tarixi və anlayışının öyrədilməsinin sülh üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Maqmaster çıxışında demokratiyanın inkişaf mərhələlərində böyük rol oynayan Mahatma Qandi, Nelson Mandela və Fəthullah Gülən kimi şəxsiyyətlərin adlarını çəkərək onlar haqqında da məlumatlı olmağın zərurətindən danışdı.

Y. Alp Aslandoğan çıxışında rəhbərlik etdiyi “Alliance for Shared Values (Ortaq Dəyərlər İttifaqı)” adlı qurum və onun fəaliyyəti haqqında məlumat verdi. Türkiyə və dünyada "Hizmət Hərəkatı” kimi tanınan fəaliyyətdən bəhs edən Aslandoğan bu fəaliyyətin ortaq dəyərləri müdafiə etdiyini və bu dəyərlərin bütün insanlığın xeyrinə olduğunu qeyd etdi.

Konfransda mühazirə və fikirləri ilə çıxış edən digər iştirakçılar: Kvazulu-Natal Universitetinin sabiq dekanı Michael Anthony Samuel,Yiova Universiteti Jurnalistika və Kütləvi İnformasiyalar Vasitələri fakültəsinin dekanı elmlər namizədi David Perlmutter, Humbolt Dövlət Universiteti İngilis dili fakültəsinin professoru Thomas Gage, Kambric Universiteti Pedaqogika fakültəsinin müəllimi professor Hilary Cremin, Dinlərarası Şuranın Uşaqların Əxlaq Tərbiyəsi şöbəsinin sədri Agneta Ucko, Fatih Universiteti Politologiya fakültəsinin müəllimi professoru İhsan Yılmaz və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Yunisefin üzvü Friedrick Affolter.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.