Tanzaniyadakı Türk məktəbində bir amerikalı

ABŞ-ın Nyu York şəhərində müəllim edən və keçən yay Tanzaniyaya gedib orada könüllü ingilis dili dərsi verən amerikalı Andrea Baykr bu ölkədə gördüyü insan mənzərələrini və Türk müəllimlərinin fədakarlığını dilə gətirdi. Tanzaniyanın ən böyük şəhəri Darus-salamdakı yerləşənTürk məktəbində ingilis dilini tədris edən Baykırın təəssüratı çox maraqlıdır. Ərəbcə Darus-salam "sülh şəhəri" mənasına gəlir. Müəllimə Baykır da burada fəaliyyət göstərən Türk məktəbinin sülhə xidmət etdiyini və insanlıq naminə gözəl işlər gördüyünü deyir.

Hollivud filmlərində rahibələrin, həkimlərin “Qara Qitə”də yardıma möhtac insanlara əl uzatma mənzərələri heç kəsə yad deyil. Yalnız oxuduğunuz xəbərdə “Qara Qitə”yə yardım əli uzadanlar içində həm Amerikalı, həm də Türklər var.

Baykır Tanzaniyaya getmə fikirinin haradan çıxdığını deyir: "Həyat yoldaşım “Helping Hands” Yardım Təşkilatının (Helping Hands Relief Foundation) idarə heyətinin üzvüdür. Mən də bu təşkilatın könüllü heyətindəyəm. Təşkilat Afrikanın bir təhsil müssisəsinə yardım qərarından sonra mən də bu fəaliyyətdə iştirak etmək istədiyimi bildirdim. Həmişə Afrikaya gedib oradakı insanlara yardım etməyin xəyallarını qurmuşam".

“Helping Hands” təşkilatının cəhdləri sayəsində Nyu Yorkda toplanan yardımla Tanzaniyadakı “Fəza” qız məktəbinin kompüterə olan ehtiyacı təmin edildi. Təşkilat həmçinin könüllü heyətdə olan müəllimə Andrea Baykırın da “Fəza” qız məktəbində müəllim işləməsinə oldu.

Türkiyədən çox uzaqda yad bir mədəniyyətin və ölkənin insanlarına təhsil verən, əvəzində isə sadəcə bəşəriyyətin gələcəyinə bir şam qədər də olsa, işıq verməyə çalışan müəllimlərin fədakarlığı Amerikalı müəlliməni də duyğulandırdı. "Bu insanları görəndən sonra ideal müəllimlik anlayışım formalaşdı" deyən Baykır Türk müəllimlərin hər kəsə insanlıq dərsi verdiyini vurğulayır. Belə müəllimlərlə işləməyi arzuladığını deyən Baykır: "Onlar fövqəladə iş görürlər. Mən bu insanları tanıyandan sonra burada da əlimdən gələni etmək istəyirəm. Tanzaniyada əldə etdiyim həm peşə, həm də insanlıq təcrübələrimi orada buraxmağa niyyətim yoxdur," deyir.

Baykırın məqsədi ilk növbədə Tanzaniya şagirdləri ilə onların Nyu York həmyaşıdları arasında məktub və emaillərlə ünsiyyət qurmadır. Baykır bu yolla gündəlik həyatdan mədəniyyətə qədər bir-birindən çox fərqli olan şagirdlər arasında ünsiyyət körpüsü quraraq onların bir-birini tanımasına şərait hazırlamaq istəyir.

Türk məktəbi Tanzaniyanın ən uğurlu məktəbidir

Amerikalı müəllimənin könüllü olaraq İngilis dili dərsini verdiyi “Fəza” qız məktəbi Tanzaniyanın ən uğurlu məktəbidir. Türk məktəbində təhsil dilinin ingilis dili olduğunu deyən Baykır bu məktəbin keçən il ölkədə keçirilən sınaqda ən böyük uğur qazanmasını da təsadüfi hesab etmir. Şagirdlərin günəş doğmadan günə başladığını deyən Andrea Baykır müəllimlərin gün boyu hər uşaqla bir-biri maraqlandığını, onlara həm bir böyük, həm də dost olduğunu deyir.

Darus-salamda ən nüfuzlu ailələrin övladlarını bu məktəblərə qoymaq üçün yarışdığını deyən Baykır məktəbdə Türk müəllimləri ilə yanaşı yerli müəllimlərin də dərs verdiyini bildirir.

Yataqxanalı “Fəza” qız məktəbində İngilis dili dərsləri verərək müəllim yoldaşlarına kömək etməyə çalışdığını deyən Baykır Nyu Yorkdan gətirdiyi bir çox ingiliscə kitabları da payladığını bildirdi. Tanzaniyada qız məktəbi ilə yanaşı oğlanlara da təhsil verən Türk məktəbi olduğunu deyən Andrea Baykır: "Bu insanlar elə fədakarlıq göstərirlər ki... uğurun əsasında da bunun olduğuna inanıram. Bu türklər universitet açmağı da düşünür və mən onlara güvənirəm".

“Tanzaniya dövlət məktəblərində təhsil son dərəcə aşağı səviyyədədir” deyən müəllimə Baykır: "Uşaqlar, öyrəndiklərini nəzəriyyədə görə bilmir. Hətta sinifdə o qədər şagird var ki, müəllimlərlə şagirdlər arasında üniyyət qurulmsı qeyri-mümkündür," dedi.

"Klinton Tanzaniyaya getmək qərarımdan çox məmnun oldu"

Baykır “Helping Hands”ın köməyi ilə Tanzaniyaya getmə qərarını verdikdən sonra maraqlı bir hadisə ilə üzləşir. Qonaq olaraq Manhattandakı Türk Mədəniyyət Mərkəzinə (Turkish Cultural Center-TCC) gələn ABŞ-ın sabiq prezidenti Bil Klinton Baykırla söhbət edir. Baykır prezidentlə söhbətində: "Klintona Tanzaniyaya “Helping Hands” Yardım Təşkilatının kompüter hədiyyə etdiyini və bu ölkədə könüllü müəllimlik edəcəyimi dedim. Hörmətli sabiq prezident mənə mənən dəstək olan sözlər deyib çox gözəl bir qərar verdiyimi söylədi. Hörmətli Klinton bu qərarıma görə məni təbrik etdi və cəsarətləndirdi. Hətta Hörmətli Klinton yaşına baxmayaraq, “William Clinton Foundation“ (yardım təşkilatı) təşkilatını qurduğunu və möhtac insanlara yardım etməyə çalışdığını dedi. Hörmətli Klinton həmçinin mənimlə Tanzaniya ilə bağlı məlumatını bölüşüb getməyin hər mənada böyük qazanc olacağını söylədi".

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.