Türk Kollecinə Rusiyadan Şərəf Medalı

Moskvada fəaliyyət göstərən Beynəlxalq Rus-Türk Kollecinin biologiya müəllimi Elmlər Namizədi Duran Kala Rusiya Federasiyası Milli Təhsil Nazirliyi tərəfindən yetişdirdiyi şagirdlərin elmi nailiyyətlərinə görə “şərəf medalı” ilə mükafatlandırıldı..

Eyni müəssisədə təhsil alan səkkizinci sinif şagirdi Zeynəb Şulə Tekten isə 10-cu “Bizim evimiz-Dünya” adlı ekologiya olimpiadasında qızıl medala layiq görüldü. Moskvada təşkil olunan olimpiadada 195 layihə təqdim olundu. Şagirdlərin Rusiya daxilində keçirilən olimpiadalarda da 3 birincilik, 2 ikincilik və 6 üçüncülükləri var. Bunu da qeyd edək ki, şagirdlərin təqaüdlü universitetlərə daxil ola bilmələri üçün olimpiada müsabiqələrində əldə etdikləri nailiyyətlər böyük əhəmiyyət kəsb edir.

Kala 5 dəfə Moskva Milli Təhsil Komitəsi Rəhbərliyi tərəfindən, 1 dəfə də Rusiya Milli Təhsil Nazirliyi tərəfindən mükafata layiq görülmüşdü. Kala iki dəfə də Moskva Cənub-Qərb Bölgəsi Qubernatorluğu tərəfindən Qubernatorluq Mükafatı adlı pul mükafatı ilə mükafatlandırılmışdır. Aldığı mükafatlara görə sevinc duyan Kala Türkiyəni layiqli şəkildə təmsil etməyə çalışdığını dedi. Elmlər Namizədi Kalanın hədəfi isə olduqca mənalıdır; kiçik yaşlardan gələcəyin elm adamlarını kəşf etmək...

56 Nömrəli Beynəlxalq Rus-Türk Kollecində starta başlayan ekologiya olimpiadası Moskva Milli Təhsil Müdiriyyəti və Saglasiya Təhsil Vəqfi tərəfindən təşkil edildi. Rusca hazırlayıb təqdim etdiyi "Ev şərayitində yetişdirilən soxulcanlar və vermikülit köməyi ilə gübrənin əldə olunması" adlı layihə ilə Zeynəb Şulə Tekten rəqiblərini geridə qoyaraq böyük müvəffəqiyyətə nail oldu. Dörd il ekologiya və biologiya olimpiadalarında yarışdığını deyən Tekten bu günə qədər ikisi qızıl toplam 5 medala layiq görüldü.

Rus-Türk Kolleci şagirdlərinin biologiya və ekologiya sahələrində Rusiya daxilində keçirilən olimpiadalarında toplam 3 birincilik, 2 ikincilik və 6 üçüncülükləri var. İNEPO Ətraf-Mühit Layihə Müsabiqəsində 2 qızıl 3 bürünc medal və 2008-ci ildə Xyustonda keçirilən və 51 ölkənin iştirak etdiyi Ətraf-Mühit Layihə Müsabiqəsində isə 2 gümüş medala layiq görülmüşlər. Böyük nailiyyətlərə imza atan məktəb Moskva Milli Təhsil Müdiriyyəti tərəfindən Moskvanın ən yaxşı 100 məktəb arasında 17-ci seçildi. (Faruk Akkan)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.