Vicdanin səsi: Fəthullah Gülənin müsahibələr toplusu

Vicdanin səsi - tezliklə
M.F.Gülənin müsahibələr toplusu
Yənbu nəşriyyatı

Ümumbəşəri dəyərlərə, insana, kainata və bütün varlığa qarşı sevgi aşılayan tanınmış İslam alimi, inanc və elmi birləşdirən, təhsil və dialoq fəaliyyətlərini qloballa şan və getgedə ziddiyyətləri artan dünyanın dərdinə çarə görən, milyonlarla insana bu istiqamətdə ilham qaynağı olub yol göstərən mütəfəkkir, diqqətləri insan gerçəyinə, dünyanın aqibətinə və millətindən, dinindən və irqindən asılı olmayaraq hər kəsin əmin-aman şəraitdə birlikdə yaşamasının mümkünlüyünü cəlb edən böyük yazar və vaizin – Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin fikirləri bu gün bəşəriyyət üçün mühüm aktuallıq kəsb edir. Onu cəmiyyətə çatdırmaq insani bir borcdur. Biz də böyük alimin müxtəlif illərdə məşhur “Muslim World”, “Rodina”, “Favorit” dərgilərinə, DTN xəbər saytına, ORT televiziya kanalına “İslamda dövlət anlayışı”, “İslam və demokratiya”, “qadının cəmiyyətdəki rolu”, “terrorizm”, “təhsil və dialoq fəaliyyətləri”, “Qərbin İslamla bağlı tərəddüdləri”, “Yaxın Şərqdə vəziyyət” kimi bir sıra mövzularda verdiyi müsahibələri və ona həsr edilmiş bir neçə məqaləni toplayıb kitab şəklində çap etdirdik. Möhtərəm Xocaəfəndinin dərin zəkası, zəngin biliyi və təcrübəsi ilə işıqlandırdığı məsələlərlə tanışlığın cəmiyyətimizə faydalı olacağına ümid edirik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.