Xocaəfəndi və Ramazan

Fəthullah Gülən Xocaəfəndi Ramazan ayı başlamadan iki üç gün əvvəl inzivaya çəkildi. Cümə namazı istisna böyük məscidə belə çıxmır, qonaq qəbul etmir; camaat savabından məhrum olmamaq üçün içi salonda bir neçə nəfərlə namazlarını qılsa da, vaxtın böyük hissəsini öz otağında keçirir. Əvvəlki Ramazan aylarında on günlüyünə etikafa girən Xocaəfəndi son bir neçə ildir ki, bütün Ramazanı etikafda keçirir və çox guman ki, Allahın izni ilə bu bayrama qədər belə davam edəcək.

Allaha sonsuz həmd-səna olsun ki, dəyərli Xocamız təfəkkürlə təzəkkür də etikafa aid olduğundan hər sübh namazından sonra təfsir dərslərinə təşrif gətirir. Həmişəki kimi bir gün Almalılı Həmdi Yazır həzrətlərinin əsərindən oxunur, növbəti gün də ötən gün oxunan ayələrlə bağlı 15-20-yə yaxın müxtəlif təfsir kitablarından seçilmiş şərhlər müxtəsər şəkildə mütaliə edilir.

Möhtərəm Xocaəfəndi dərmanlarını tənzimləmək, gün boyu qandakı şəkər səviyyəsini və təzyiqini tarazlamaq üçün əlindən gələni edir və bütün ağrılarına baxmayaraq orucunu tutur. Orucun ona əziyyət verdiyini xatırladanda da mədənlərdə alın təri tökən fəhlələrdən tarlada günəş altında qovrulan kəndlilərə, xəmirlə birlikdə odda bişən çörəkçilərdən çörək pulu qazanmaq üçün axşamadək əlləşib-vuruşan insanlara qədər çox çətin şəraitdə oruc tutanları yada salır, əsl savabı onların qazandığına diqqət çəkərək onlara dua edir.

Ramazan ayının ilk günlərində burada xidmət edən Burhan bəy və Xədicə xanımın göznuru bir övladı dünyaya gəldi. Möhtərəm Xocaəfəndi ona Orxan adını verdi. Şəkildə Xocaəfəndi və körpə Orxan.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.