“Ağlaya-ağlaya Allaha dua edərkən qapımı döydülər”

Ağlaya-ağlaya Allaha dua edərkən qapımı döydülər

Xeyriyyəçi könüllülər bu bayramda da yoxsul xalqı unutmadı. Xeyriyyəçilər Anadolunun Şərq və Cənub-Şərqi bölgələrini qarış-qarış gəzərək yerli xalqı bayram hədiyyələri ilə sevindirdi, onları unutulmadıqlarını bir daha sübut etdilər. Diyarbəkirli Ç. Leylanın bu sözləri isə könüllüləri həm sevindirdi, həm də kədərləndirdi: "Əllərimi açıb ağlayaraq Allaha dua edirdim. Qapı döyüldü. Bayramımı bayram etdilər."

Tanınmış iş adamları, həkimlər, mühəndislər, vəkillər, müəllimlər – minlərlə insan bayramı ailəsi ilə deyil, Anadolunun Şərq bölgələrində və yoxsul müsəlman ölkələrində keçirir. Gedənlər yardım əli uzatdıqlarına görə, qapısı döyünənlər də “bayram kimi bayram keçirdiklərinə” görə şad olurlar. Diyarbəkirli Ç. Leyla "Ağlaya-ağlaya Allaha əl açdım, dua edirdim, duamı bitirdim, qapı döyüldü. Bir də baxdım “Kimsə Yoxmu” gəlib. Bayramımı bayram etdilər", sözləri ilə sevincini dilə gətirir. Bayramı Anadolunun Cənub-Şərqində qeyd edən iş adamı Faruk Güllü isə hislərini belə dilə gətirir: "Yolu belə olmayan bir kənddəyik. İndiyə qədər bayramda bu qədər sevinməmişdik".

İstanbul, İzmir, Manisa, Kayseri və bir çox şəhərlərdən yollara düşən xeyriyyəçi könüllülər Anadolunun Şərq və Cənub-Şərqi bölgələrində yeni qardaşlıq körpüləri qurur. Döyülən hər qapıda gülərüzlə qarşılanan könüllülər qurbanlıq ətləri və hədiyyələrlə bölgə xalqı ilə bayram sevincini bölüşür.

“Xeyirxahlıq hərəkatı”na start verən xeyriyyəçi könüllülər Qurban bayramı sayəsində qardaşlıq körpüləri inşa edir. Ahmet Sait Qavurmacı, Hakan Vatan, Faruk Güllü, Hazim Səsli və Fətin Qazançı kimi tanınmış iş adamları, tələbələr, evdar qadınlar və siyasətçilər – cəmiyyətin hər təbəqəsindən minlərlə könüllü bayramı ailələri ilə deyil, Anadolunun Şərqi və Cənub-Şərqi bölgələrində və uzaq ölkələrdə yoxsul insanlarla birlikdə qeyd etdi.

Bayramın ilk günü İzmirdən Van və Bitlisə 230 nəfər baş çəkdi. Vanda 4500, Bitlisdə isə 2790 ailənin qapısını döyən könüllülər beş kiloluq qurban əti, paltar və məktəb ləvazimatları payladılar. Marmaris Təhsil və Dostluq Dərnəyinin rəhbəri Belgin Ballı: "Ötən il baş verən zəlzələdə zərərçəkmiş vanlıları Mərmərədə ağırlamışdıq. Yaxşı ki gəlmişik, onlarla qardaş olduq", - dedi.

“Kimsə Yoxmu” İzmir Şöbə Müdiri Məsud Arıqan deyir: "Bu işi təkcə ət paylama kimi görmürük. Bu, qulları Allaha, insanları da bir-birinə yaxınlaşdırmaqdır". Könüllülərdən Murad Səfa isə deyir ki: "Məqsədimiz buradakıları oradakılarla, oradakıları da buradakılarla görüşdürmək, bir-birini daha yaxşı başa düşməsini təmin etməkdir".

“Sağ olun, bayramımızı bayram etdiniz”

Ərini üstü açılmamış bir cinayətə qurban verən, bir oğulunu PKK-larından xilas edə bilməyən, o biri oğlu da əsgərdə yaralanan M. A. indi isə qızlarını “namusu ilə böyütməyə” çalışır. Qızlardan Z.A.: "“Kimsə Yoxmu” sayəsində ikinci bayramdır ki, bayram ab-havasını yaşayırıq. O biri bayramlar bayram deyildi", - deyərək onlarla bayram keçirənlərə təşəkkürünü bildirdi. Bir otaqlı evdə ailəsi ilə birlikdə yaşayan L.Ç. isə güzəranından bəhs edərkən gözləri doldu: "Ağlaya-ağlaya Allaha əl açdım, dua edirdim, duamı bitirdim, qapı döyüldü. Bir də baxdım “Kimsə Yoxmu” gəlib. Bayramımı bayram etdilər."

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.