Qürbətdə yenə hüznlü bir bayram

Qürbətdə yenə hüznlü bir bayram

Sevənləri və yaxınları onu tək qoymasa da bu bayramı da qürbətdə hüznlə qarşıladı Fəthullah Gülən Xocaəfəndi. Bayram namazını baş çəkməyə gələn dostları ilə birlikdə qılan Xocaəfəndi hər bayramda olduğu kimi yenə körpə qonaqlarını hədiyyəsiz qoymadı. Qardaş itkisinin Xocaəfəndinin simasında qoyduğu kədər izləri isə diqqətlərdən qaçmadı.

Bu, kədəri qözlərdən qaçmayan Xocaəfəndinin qardaşı Hasbi Nidai Gülənin vəfatından sonra qarşıladığı ilk bayramdı. Bayram namazını baş çəkməyə gələn qonarlarla birlikdə qılan Fəthullah Gülən Xocaəfəndi "Təkbir", yəni "Allahu Əkbər" ifadəsinin anlamı, qurbanın mahiyyəti, Allahla irtibatda qurbanın rolu haqqında bəhs edən xütbəni göz yaşları içində dinlədi.

Xütbədən sonra Qurban bayramının hörmətinə Suriyada axan qanın dayanması, müsəlmanların birlik və bərabərliyi, insanlığın rifahı və səadəti üçün dualar edildi.

Qurban heyvanı kəsiləndən sonra balaca qonaqları da unutmayan Xocaəfəndi, həmişəki kimi uşaqlara cibxərcliyi və şokolad payladı. Balaca qonaqların başını oxşayıb onlardan dua istəyən Xocaəfəndi daha sonra telefonla və internet vasitəsi ilə Türkiyədə yaşayan qohumları ilə bayramlaşdı. Ərzurumda yaşayan bacısı Nurhayat Sevənlə görüşündə onun qardaşı üçün dayanmadan dua etməsi gözlərdən qaçmadı. Bacısının duasına "amin, cümləmizi, inşallah ..." deyən Xocaəfəndi ağlamamaq üçün özünü zorla saxladı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.