Əzhər Universitetində “Sonsuz Nur” halqası genişlənir

Fəthullah Gülən Xocaəfəndinin Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.s.) həyatından bəhs edən “Sonsuz Nur” adlı əsəri Misirin məşhur Əzhər Universitetində dərs vəsaiti kimi istifadə olunmağa başladı. Fevral ayında başlayan “Sonsuz Nur” dərslərini Əzhər Universitetinin müəllimi Fəthi Hicaz tərəfindən verilir.

Əzhər Məscidi İdarə heyəti və “Hira” jurnalının müştərək təşkil etdiyi dərslərə Əzhər Şeyxi Əhməd Tayyib və Misir Müftisi Əli Cümə də dəstək verir.

“Sonsuz Nur” əsəri və “Hira” jurnalı ilə yaxından tanış olduğunu deyən müfti Cümə bütün dərslərin lentə alınıb Əzhər məscidinin rəsmi internet saytına yerləşdirilməsini şəxsən tələb etdiyini bildirdi.

İllərlə siyər dərsləri üçün vəsait axtardığını, ancaq Hz. Məhəmmədin həyatını dövrə uyğun izah edən əsərə rast gəlmədiyi üçün bu fikrini təxirə salmağa məcbur qaldığını deyən prof. Hicaz “Sonsuz Nur”la tanış olandan sonra bu arzusunu həyata keçirdiyini dedi.

Hicaz Gülənin “Sonsuz Nur” kitabını digər müəlliflər kimi rəvayət üslubunda deyil, sanki şəxsən o həyatı yaşamış kimi qələmə aldığını vurğulayır. Hicaz Gülənin peyğəmbər sevgisinin kitabın hər sətirində öz əksini tapdığını bildirir.

“Hira” jurnalının Misir nümayəndəsi Ömər Yusufbeqov “Sonsuz Nur” dərslərinə marağın gündən-günə artdığını, dərslərdə Misirdən, Tailandan və Orta Asiyadan tələbələrin iştirak etdiyini qeyd etdi.

Dərslərdə iştirak edən qırğız Mahmud Bek və tailandlı Abdullah Peyğəmbərimizin həyatı və əxlaqı haqqında yazılan bir kitabdan dərs keçiriləcəyini xəbər alar-almaz dərhal dərslərə gəldiyini söyləyir.

Misir dini tədris barədə dünyada ilk sıralarda dayanan İslam ölkəsidir. Əldə olan dini əsərlərin əksəriyyəti rəvayətlərə söykəndiyi üçün kitablara maraq azdır. Özünəməxsus üsluba malik Gülənin əsərlərinə maraq isə Misirlə yanaşı, digər Ərəb ölkələrində də sürətlə artmaqdadır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.