Belaruslu alimlər Gülənin təlimini qələmə aldı

Belarusiyalı 22 alim tərəfindən hazırlanan “Fəthullah Gülən Təliminin İctimai və Fəlsəfi İstiqamətləri: Belaruslu Ziyalıların Baxışı” adlı kitabın təqdimat mərasimi maraqla qarşılandı. Belarusun paytaxtı Minskdə keçirilən mərasimdə 200-dən çox tanınmış alim, şair, yazar və siyasətçi iştirak etdi. Dialoq Avrasiya Dərnəyi Belarusiya Şöbəsinin təşkil etdiyi mərasimdə xalqlar arası münasibətlərin inkişafına, qərəzli baxışların aradan qalxmasına, tolerantlıq və dialoqa dair fikirlər səsləndirildi. Təqdimat mərasimini Belarusiya mediası da yaxından izlədi.

Fəthullah Gülənin fikir və əsərlərindən bəhs edən qısa filmlə başlayan mərasim kitabın müəlliflərinin çıxışları ilə davam etdi. “Güləni oxumaq” adlı məruzə ilə çıxış edən Belarusiya Elmlər Akademiyasının Üzvü sosioloq prof. Yevgeniy Babosov mütəfəkkirin xoşgörü anlayışından söz açdı. “Qənaətimcə möhtərəm Gülənin fikirlərinin əsasını iki söz təşkil edir – qəlb və insanlıq” deyən Babosov Gülən kimi XXI əsrin ən mötəbər şəxsləri qəlbində bütün insanlığa yer verən insanlar olduğunu söylədi.

Belarusiya Dövlət Universiteti Fəlsəfə fakültəsinin dekanı prof. Anatoliy Rubanov isə Gülənin ictimai və əxlaqi fikirlərindən danışdı. Fəthullah Güləndə iki istiqamətin çox mühüm olduğunu qeyd edən prof. Rubanov: ''Gülən həm məlumatımız az olan və buna görə şübhəylə yanaşdığımız İslam dinini və müsəlman dünyasını bizə tanıdıb sevdirir, həm də o bütün fikirlərini xoşgörü müstəvisində təqdim edir” dedi.

Belarusiya Mədəniyyət Universiteti rektoru prof. Marina Majeyko: “Fəthullah Güləndən ilham alan “Xidmət” hərəkatı Türkiyədə “doğulub” bütün dünyaya yayılan, haqqında elmi tədqiqata ehtiyac olan danılmaz bir gerçəkdir. Dünyanın əksər ölkələrində açılan məktəb və universitetlərdə yüksək təhsilli və ümumbəşəri insani dəyərlərə yiyələnmiş nəsil yetişir” – dedi.

Çıxışında Karl Marksın: “Əgər kütlələr fikirlərə sahib çıxsa, fikirlər güc və təsir əldə edər” sözünü xatırladan Belarusiya İncəsənət Universitetinin prorektoru prof. Svetlana Vinoqurova: “Fəthullah Gülənin fikirlərində mən bu “sahib çıxılma”ğı və gücü görürəm” - dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.