İordaniyada Fəthullah Gülən Xocaəfəndiyə böyük maraq

“əl-Liva” qəzeti İordaniyanın ən çox oxunan qəzetlərindən biridir. Hazırda qəzet hər həftə Fəthullah Gülən Xocaəfəndinin fikirlərinə yer verir. Xocaəfəndinin foto şəkli ilə elan edilən yazılara bir səhifə yer ayırılır. “əl-Liva” redaksiya heyətinin sədri Bilal Həsənin Fəthullah Gülən Xocaəfəndiyə böyük marağı var.

"Xocaəfəndiyə hörmətimizdən foto şəkilini 1-ci səhifəyə qoyduq. Hər həftə əsərlərindən bir hissəsi qəzetimizdə nəşr edirik. Gülənin dini elmlərlə yanaşı, digər elmlərdə də dərin biliyə malikdir. Əsərlərində insanların könülləriylə birlikdə ağıllarına da xitab edir”.

Bilal Həsən Fəthullah Gülən Xocaəfəndinin əsərlərinin təkcə Orta Asiya və Qərb ölkələrində deyil, Yaxın Şərqdə də böyük maraqla qarşılandığını deyir.

"Mən Xocaəfəndinin Peyğəmbərimizin hədisində bildirdiyi dinə xidmət edən alimlərdən biri olduğuna inanıram. İslam dinini təkcə nəzəriyyədə deyil, əməldə və praktikada həyata necə əks etdiriləcəyini də çox yaxşı bilir. Bunu məktəb, xəstəxana, universitetlərin fəaliyyətlərində görmək mümkündür. Bu uğurların Quran möcüzəsi ilə paralel getdiyinə inanıram. Necə ki İslamiyyət İbnul-Ərkamın evində Peyğəmbərimizin söhbətləriylə başladısa, Xidmət də belə başladı”.

İordaniyalı jurnalist Xocaəfəndinin öz ölkəsi qədər digər millətlərlə də dialoq içində olduğunu diqqətə çatdırır.

"Xocaəfəndi öz dövrünü çox yaxşı dərk edir, dini elmlərlə yanaşı, avropa fəlsəfəsinə yaxşı bələddir. Onu sevən insanlara baxanda müxtəlif millətlərdən olduğunu görürük. Bu da Xocaəfəndinin ümumbəşəri bir insan olduğunu göstərir."

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.